25 sentyabr 2022 17:14
641

“Azəriqaz” rəsmiləri Siyəzəndə sahibkarlarla görüşəcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin (İB) KOBİA ilə birgə “açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Siyəzən rayonunda görüşü təşkil olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə İstehsalat Birliyi məlumat yayıb.

Aksiya Siyəzən şəhəri, Heydər Əliyev prospekti, Mərkəzi Kitabxananın qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 28-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. Təklif və problemlər aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.