Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev oktyabrın 6-12-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlaşan milli yığmanın məşq prosesini izləyib.
"İki sahil" xəbər verir ki, federasiya prezidentinə dünya çempionatına yollanacaq idmançıların hazırlıq prosesi ilə bağlı görülən işlər barədə məşqçilər heyəti tərəfindən məlumat verilib.
R.Nəbiyev idmançılara qarşıdakı yarışda uğurlar arzu edib və ölkəmizi layiqincə təmsil edəcəklərinə inandığını vurğulayıb.
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB