27 sentyabr 2022 11:14
364

“Şimal axını” kəmərində qaz sızması qeydə alındı: Gəmilərin hərəkəti üçün təhlükə yarandı

Danimarkanın Bornholm adasının şimal-şərqindəki iqtisadi zonada qaz sızması qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Danimarka Dəniz Administrasiyasının saytında dərc edilmiş naviqasiya xəbərdarlığında məlumat verilir.

“Şimal axını” qaz kəmərinin marşrutu adanın şimal-şərqindən keçir.

Xəbərdarlığa əsasən, qaz sızması səbəbindən gəmilərin hərəkəti üçün təhlükə yaranıb. Bununla əlaqədar olaraq, sızmaların qeydə alındığı koordinatların ətrafında beş dəniz mili uzunluğunda qeyri-naviqasiya zonaları yaradılıb.