Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 27 Sentyabr - Anım Günü ilə əlaqədar Füzuli rayonundan paylaşım edib.
“İki sahil” paylaşımı təqdim edir: “Anım Günü. Füzuli rayonu. 27.09.2022”.
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.
APA xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Azərbaycan Prezidenti burada çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.