28 sentyabr 2022 23:12
448

Zəngəzur dəhlizinin əhəmiyyəti bir daha meydana çıxır - Vitold de Chevilly

Azərbaycanın uğurlarından gələcəkdə hələ çox danışılacaq. Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda mühüm layihələri həyata keçirmək üçün əlverişli imkandır.

“İki sahil” xəbər verir ki, bunu Belçika Krallığının "New Direction" beyin mərkəzinin icraçı direktoru Vitold de Chevilly sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində "Vətən müharibəsindən sonra Cənubi Qafqaz evinin qurulmasına xidmət edən sülh prosesində beyin mərkəzlərinin rolu" mövzusunda müzakirələrdə deyib.

"Enerji asılılığının aradan qaldırılması üçün Aİ digər tərəfdaşlarla, o cümlədən Azərbaycanla işləyir. Avropa Mərkəzi Asiya regionunun potensialı ilə də maraqlanır. Bu əməkdaşlıq üçün isə Qərb-Şərq koridorunun yaradılması vacibdir. Burada isə Zəngəzur dəhlizinin əhəmiyyəti bir daha meydana çıxır", - ekspert deyib.

Beyin mərkəzlərinin əhəmiyyətindən danışan belçikalı ekspert qeyd edib ki, maliyyə əsas şərtdir. Şəbəkənin qurulması, təcrübəli ekspertlərin cəlb edilməsi vacibdir.