Fransa millisinin sabiq oyunçusu Tyerri Anri VAR-ın futbolun inkişafına mənfi təsir göstərdiyi barədə fikirlərini bölüşüb.
“İki sahil” xəbər verir ki, o, "L'Équipe" nəşrinə müsahibəsində deyib ki, bu sistemin mövcudluğu oyundan zövq almağı çətinləşdirir: “Qol vurdun və bunu qeyd edib-etməyəcəyini belə bilmirsən. Xoşbəxtlikdən tullanmaq olar? Sevinmək olar? Yoxsa bunu qeyd etməyə dəyməz? VAR qolun bütün sevincini öldürür".