Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Ulyanovsk vilayəti üzrə idarəsi, bu ilin əvvəlindən ümumilikdə 43 114 ton taxılın ixracına nəzarət edib.
"İki sahil" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ərzaq buğdası və kətan ən populyar ixrac məhsulları olub.
Buğdanın böyük hissəsi Latviyaya (20 501 ton), Azərbaycana (15 227 ton) və Qazaxıstana (6 339 ton) ixrac edilib.
Həmçinin Ulyanovsk vilayəti ərazisindən emal üçün Latviyaya 760 ton kətan, Belarusa 287 ton ərzaq kolzası göndərilib.
Qeyd edilib ki, məhsullar Federal Dövlət Büdcə Təşkilatının (ARRIAH) laboratoriyasında yoxlanılıb və karantin obyekti aşkarlanmayıb.
Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda enerji təhlükəsizliyi mövzusu müzakirə edilib
“Mənşə sertifikatı” alt modulundan istifadəyə dair növbəti maarifləndirici görüş keçirilib
Agentlikdə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib
Şəki şəhərində sahibkarlar üçün “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüş keçirilib