Monteneqro Rusiya Federasiyasının bu Balkan respublikasındakı səfirliyinin demək olar ki, bütün diplomatik heyətini ölkədən çıxarıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Monteneqrodakı diplomatik nümayəndəliyindən məlumat verilib.
"Biz çıxarılma faktını təsdiq edirik. Demək olar ki, bütün diplomatik heyət ölkədən çıxarılır. Monteneqro hakimiyyətinin Rusiya Federasiyasının ərazisindəki səfirliyinə qarşı düşmənçilik fəaliyyəti ilə əlaqədar konsulluq şöbəsinin işi 30 sentyabr 2022-ci ildən qeyri-müəyyən müddətə dayandırılıb”, - diplomatlar bildiriblər.
Türkiyədə aralarında hərbçilərin də olduğu 22 nəfər FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb
BMT: Süni intellektin inkişafı həddindən artıq muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər