30 sentyabr 2022 00:00
396

Səfərbərlik çərçivəsində yalnız hərbi təcrübəsi olanlar xidmətə çağırılmalıdır - Putin

Rusiya Prezidenti Vladimir Putin ölkəsindəki qismən səfərbərlik prosesi ilə bağlı Rusiya Təhlükəsizlik Şurası ilə məsləhətləşib.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki,  Putin müzakirə zamanı bu prosesdə səhvlərə yol verildiyini və onların düzəldilməli olduğunu qeyd edib.

O, qismən səfərbərlik çərçivəsində yalnız hərbi təcrübəsi olanların xidmətə çağırılmasının lazım olduğunu bildirib:

“Hərbi xidmətə çağırılanlar qoşunlara göndərilməmişdən əvvəl əlavə hərbi təhsil almalıdırlar”.

Vətəndaşların tədarük olunan materiallar, yaşayış şəraiti və bəzi digər məsələlərlə bağlı müxtəlif suallar ünvanladığını bildirən Rusiya Prezidenti “Bütün səhvləri düzəltməli və gələcəkdə buna imkan verməməliyik” deyib.