İraqın Ərbil şəhərindəki ABŞ konsulluğuna yaxınlaşan dörd pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.
Məlumata görə, hadisə İraqın Ərbil şəhərində, beynəlxalq hava limanının yaxınlığında baş verib. İraq təhlükəsizlik qüvvələrindəki mənbə bildirib ki, PUA-lar ABŞ konsulluğuna hücum cəhdi zamanı vurulub.
Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb