İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyndəki hərbi obyektlərini uğurla məhv etdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Qeyd olunub ki, həyata keçirilən zərbələr nəticəsində ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbar vurulub.
Həmçinin SEPAH iddia edir ki, İranda hədəflərin müəyyənləşdirilməsi üçün istifadə olunan "əsas süni intellekt mərkəzi" tamamilə məhv edilib.
Vurğulanıb ki, hücum zamanı İran Silahlı Qüvvələri ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edib.
"Shafaq News" isə məlumat yayıb ki, İraqın Ərbil şəhərində ABŞ konsulluğuna yaxınlaşan dörd pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb