Növbəti həftə (oktyabrın 3-6 tarixləri) daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
İB-dən "İki sahil"ə verilən məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı ), 2-ci günü saat 14:00-dan 15:00-dək Bərdə rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Yevlax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Ağdam rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.