Ukrayna donanmasının ilk korveti “Getman İvan Mazepa” İstanbulda suya buraxılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya Teleqram hesabında məlumat verib.
“Bu gün Türkiyədə Ukraynanın ilk korvetini suya endirmək şərəfinə nail olduq. Ukraynaya xidmət edəcək gəmidə türk ürəyi döyünəcək” – deyə Zelenskaya vurğulayıb.
Ukrayna donanması üçün Ada sinifli 2 korvetin tikintisinə 2021-ci ildə başlanılıb. 140,7 milyon dollarlıq layihənin 2024-cü ildə tam başa çatması planlaşdırılır. Korvet gəmi əleyhinə bütün raketlər üçün uyğunlaşdırılıb.
Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi dəstəklənib
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib