04 oktyabr 2022 15:50
393

Çeferin: Həmin vaxt 48 saat yatmadım, yemədim, içmədim

UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasının yaradılması ilə bağlı planların açıqlanmasından sonra iki günü necə keçirdiyindən danışıb.

“İki sahil” xəbər verir ki, 2021-ci ildə aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.

Çeferin həmin günlərlə bağlı "RTV Slovenija"ya açıqlamasında deyib: “Əvvəla, həqiqətən də təlatümlü vaxtlar olub. Yeri gələndə bu haqda daha çox danışa bilərəm və ya çox maraqlı bir kitab yaza bilərəm. Həmin vaxt 48 saat yatmadım, yemədim, içmədim. Mənə dəstək sözləri, hədə-qorxu zəngləri olub. Mənim "Yuventus"un prezidenti Andrea Anyelli ilə heç bir münasibətim yoxdur. Əvvəllər "Real"ın prezidenti Floretino Pereslə o qədər də münasibətimiz olmamışdı. Amma Çempionlar Liqasının finalında layiqincə vidalaşdıq. Yanımda oturmuşdu. UEFA mənim şəxsi təşkilatım deyil. Protokola görə, finalçı həmişə prezidentin yanında oturur. Superliqa ilə bağlı məsələlərə toxunmadıq".