04 oktyabr 2022 17:20
515

YAP Daşkəsən rayon təşkilatı partiyanın yubiley tədbirlərini davam etdirir

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş yubiley tədbirlərini davam etdirir.

Bununla əlaqədar 4 oktyabr tarixində Qaz İstismar Sahəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası, Mikayıl Mustafayev adına, Bayan kənd ümumi orta məktəbi və Bayan kənd ərazi partiya təşkilatlarında yığıncaqlar keçirilib.
Tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda 2020-ci ilin oktyabr ayının 4-də qəhrəman Azərbaycan Ordusunun göstərdiyi böyük şücaət və qəhrəmanlıq nəticəsində Cəbrayıl şəhərinin işğaldan azad olunması, düşmən üzərində qazanılan tarixi Zəfərdən sonra şəhər və kəndlərimizin sürətlə bərpa edilməsi və son günlər təcavüzkar Ermənistanla aparılan sülh danışıqları müzakirə olunub.

Çıxış edən natiqlər müasir Azərbaycanın dahi lider Heydər Əliyevin şah əsəri olduğunu vurğulayaraq YAP-ın böyük və şərəfli inkişaf yolundan bəhs ediblər.

Yığıncaqlarda onlarla gənc partiya sıralarına qəbul olunmaq və digər bir qrup gənc isə partiya qeydiyyatının YAP Daşkəsən rayon təşkilatına dəyişdirilməsi üçün ərizə ilə müraciət edib.

Cavid Əkbərov, «İki sahil»