12 oktyabr 2022 00:29
707

Bir aya 100 min manata yaxın qazancı olan aparıcı

Türkiyəli aparıcı Burcu Əsmərsoyun aylıq gəliri ortaya çıxıb.

“İki sahil” xəbər verir ki, aparıcı İnstaqramda reklam etdiyi markanın geyimlərini 30 gün ərzində 7 dəfə paylaşır. O, bunun müqabilində milyon lirə (təxminən 91 min 500 manat) məvacib alır.

Əsmərsoy bundan əlavə rol aldığı reklam çəkilişləri və aparıcılığını etdiyi dəvətlərdən aldığı qonorar ilə ümumi olaraq aylıq 4 milyon lirə (təxminən 366 min manat) qazanır.