Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir.
“İki sahil” xəbər verir ki, bu barədə statistik məlumat BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”ndə yer alıb.
Məlumata görə, Ermənistanda 500 min insan qida çatışmazlığı ilə üzləşib.
Qeyd edilir ki, hazırda Ermənistan əhalisinin sayı 3 milyon nəfərdir.
Eyni zamanda, qeyd edilir ki, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı daha 10 min nəfər artıb.
Xəritəyə əsasən, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qida çatışmazlığından əziyyət çəkir.
Avropa Komissiyası sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti təklif edəcək
Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil - Stubb