İngiltərə "Mançester Yunayted"inin baş məşqçisi Erik Ten Haq portuqliyalı futbolçu Kriştianu Ronaldonu əsas komanda ilə məşqlərə qaytarmaq üçün şərtlərini açıqlayıb.
“İki sahil” "The Athletic"ə istinadla xəbər verir ki, niderlandlı mütəxəssis 37 yaşlı hücumçunu yalnız ehtiyat oyunçular skamyasında oturmağa etiraz etməyəcəyi halda bağışlayacağını bildirib. Təcrübəli forvard həmçinin etdiyi hərəkətə görə üzr istəməlidir.
Ulduz futbolçu bu şərtləri qəbul etməsə, onun özünə yeni komanda axtarmasına icazə veriləcək.
Qeyd edək ki, Kriştianu Ronaldo İngiltərə Premyer Liqasının XII turunda "Tottenhem"lə ev oyunu başa çatmamış "Old Trafford" stadionunu tərk etdiyi üçün cəzalanıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB