25 oktyabr 2022 16:00
943

Zəhərdən pul qazanır: Litri 10 milyon dollardır/FOTO

Türkiyənin Mardin şəhərində yaşayan Sezgin Oral adlı şəxs evinin altında 150 metrəlik ərazidə əqrəb ferması quraraq “Androctonus Crassicauda” adlı qara əqrəb yetişdirməyə başlayıb. Hazırda əlində 225 əqrəb olan S. Oral onlardan aldığı zəhəri dərman və kosmetika firmalarına satır. S.Oral "Əqrəblərin sayını 50 minə çatdırmağı hədəfləyirəm. Yalnız bu şəkildə bir il ərzində edəcəyimiz sağımla bir litr əqrəb zəhərini əldə edə bilərik" deyə bildirib. Dünyanın ən bahalı mayeləri arasında yer alan əqrəb zəhərinin litri 10 milyon dollar dəyərindədir.

Mardinin Ömərli rayonunun Kaynarkaya kəndində yaşayan S.Oral bir müddət əvvəl Kənd Təsərrüfatı, Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsidən lazımi icazələr aldıqdan sonra bu işlə məşğul olmağa başlayıb. Bölgədə tez-tez rast gəlinən və “qara əqrəb” adlanan bu növ əqrəbləri un qurdları ilə bəsləyən S.Oral zəhəri şok üsulu ilə sağaraq mənfi 86 dərəcədə saxlayır. O, min əqrəbdən cəmi 3 qram zəhər alındığını deyib.

Bu işə uşaqlıqdan bu yana marağım var

Oral sözlərinə belə davam edib: “Uşaqlıqdan bu yana ilan və əqrəblərə maraq göstərirəm. Sonradan əqrəblərlə bağlı araşdırmalar apardığımda zamanla bu işi ticarətə çevirməyə qərar verdim. Əqrəbləri bəsləməklə çoxaldırıq. Burada qurduğumuz laboratoriyada şok üsulu ilə zəhəri əldə edirik. Belə obyektlər dünyanın cəmi bir neçə ölkəsində mövcuddur. Dünyada 1750 əqrəb növü var. Onların arasında rayonumuzda olan zəhərli və təhlükəli əqrəb növləri  də var. Bunlardan ən təhlükəlisi Mardin və Urfadadır. Məhəllə sakinləri də kəndlərində əqrəb fermasının açılacağı deyiləndə əvvəlcə çox təəccübləndiklərini, lakin sonra öyrəşdiklərini dedilər.”

Qeyd edək ki, əqrəb zəhərindən əczaçılıq və müdafiə sənayesində də istifadə edilir.

Vüsal Cahanov, “İki sahil”