Türkiyə "Beşiktaş"ı baş məşqçisi Valeryen İsmael ilə vidalaşır.
“İki sahil” "NTV Spor"a istinadla xəbər verir ki, buna səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidir. "Qara qartallar" son 5 qarşılaşmada cəmi 1 qələbə qazanıb.
Artıq tərəflər müqavilənin qarşılıqlı şəkildə pozulması ilə bağlı razılığa gəliblər. Anlaşmaya əsasən, fransalı mütəxəssis mövsümün sonunadək ona ödənilməli olan məvacibin yarısını alacaq. Bu məbləğ isə təqribən 450 000 avro təşkil edir.
Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasında 11 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB