28 oktyabr 2022 16:00
923

Dünyanın robot dizlərə sahib ən gənc insanı - FOTO

8 yaşlı Harmonie "robot dizlərə sahib bionik protezdən istifadə edən dünyanın ən gənc insanı" olub. Protezi taxılarkən yaşadığı həyəcan və xoşbəxtlik onun üzündə də əks olunub.

İngiltərənin Bat şəhərində Freya Hall və Ross Allenin qızı Harmonie-Rose Allen 10 aylıq olarkən meningit xəstəliyinə tutulub. Onun sağ qalması üçün iki qolu və iki ayağı kəsilib.

 O, protez ətraf üzvləri ilə həyatına davam edib. Lakin bu üzvlərlə köməksiz ayağa qalxmaq onun üçün çox çətin idi. Çünki onun diz qapaqları yox idi. Harmonie üçün xüsusi yeni bionik protez ayaqlar hazırlandı. Eyni zamanda, robot diz qapaqları da olan bu protezlər keçən həftə quraşdırılıb.

Protezləri taxılarkən təkbaşına yeriyə, otura və ayağa qalxa bildiyini öyrənəndə Harmonie sevincini gizlədə bilməyib. Məktəbə gedərkən corap da geyinə bildiyi üçün çox həyəcanlı olduğunu deyən Harmonie bir həftə ərzində yeni süni bədən üzvlərinə alışıb.

Anası isə açıqlamasında  bunları deyib: "Qızım ilk dəfədir ki, robot diz qapağı ilə hərəkət edir. Bu səbəbdən ilk həftə bir az qorxdu. Amma əyilib qalxa bildiyini gördüyündə buna çox sevindi".

Dünyanın robot dizlərə sahib olan protezini taxan ən gənc insanı Harmonie yeni protez ayaqlarına çox sevinib.

Vüsal Cahanov, “İki sahil”