Kanadanın Malkolm adasında itlərini gəzdirən bir ailə maraqlı hadisə ilə qarşılaşıb. Ailə sahildə gəzintidə olarkən şişmiş balina cəsədini görüblər. Heyvanın şişən cəsədini müayinə edən mütəxəssislər balinanın partlaya biləcəyi barədə xəbərdarlıq ediblər.
Balinanın şişmiş cəsədini görənlər təəccübünü gizlədə bilməyiblər. Alimlər tərəfindən aparılan araşdırmaya görə balinanın içində toplanan qazlar nəticəsində şişdiyi və hər an partlaya biləcəyi bildirilib.
Məlumat verilib ki, heyvanın cəsədi partlayarsa, onun daxili orqanları və bədənindəki bütün qanlar sahili bürüyə bilər.
Ölüm səbəbi bilinmir
Müayinələrdə heyvanın ölüm səbəbi ilə bağlı hər hansı bir nəticə tapılmadığı halda, xarici xəsarət əlamətlərinin olmadığı bildirilib. Analoji halların əvvəllər də yaşandığını vurğulayan ekspertlər mümkün partlayışın dəhşətli nəticələri barədə xəbərdarlıq ediblər.
Vüsal Cahanov, “İki sahil”