Pakistan və Azərbaycan maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.
"Bu gün Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və Pakistan Milli Bankının Bakı filialının (ləğvetmə prosesində olan) rəhbəri Sheix Axşam Ahmad ilə görüşdük. Görüşdə filialın Azərbaycandakı fəaliyyətinə görə təşəkkürümüzü bildirərək Pakistan və Azərbaycan maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik", - o qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır