06 noyabr 2022 10:19
670

"Twitter"dən daha bir yenilik

"Twitter" şirkəti tezliklə eyni adlı sosial şəbəkəsinə istifadəçilər üçün paylaşımlara uzun mətnlər əlavə etmək imkanı yaratmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask öz "Twitter" səhifəsində yazıb.

"Twitter" tezliklə tvitlərə uzun mətn əlavə etmək imkanı əlavə edərək, bloknotdan skrinşot çəkmək kimi absurd təcrübəyə son qoyacaq", - deyə İ.Mask bildirib.

Hazırda "Twitter"də istifadəçi mesajları 280 simvolla məhdudlaşır.