Seçenov Universitetinin mütəxəssisləri sinir hüceyrələrinin və beyin neyronlarının bərpası üçün texnologiya hazırlayıblar.
Onlar elektrik cərəyanı və infraqırmızı işığın köməyi ilə beyni bərpa etməyə çalışırlar. Rus mühəndisləri insanın zədələnmiş sinirlərini “canlandıra” bilən cihaz hazırlayıblar.
Nailiyyət Seçenov Universitetinin Bionik Texnologiyalar və Mühəndislik İnstitutunun mütəxəssislərinə məxsusdur.
“TASS” xəbər verir ki, bu cihaz bədən daxilində zədələnmiş sinirlərə sarıla bilən, sonra isə elektrik cərəyanı və infraqırmızı işıqdan istifadə edərək sinir toxumasını bərpa edə bilən nazik üzvi substratdır.
Bu, sözün əsl mənasında çox incə işdir, cihazın özü insan saçından min dəfə nazikdir.
Cihaz orqanik yarımkeçiricilərdən - printerdə toner kimi görünən təbii piqmentlərdən ibarət olduğu üçün bədən üçün təhlükəsizdir. İstifadəyə hazır vəziyyətə gətirildikdən sonra xüsusilə, sinir toxumasının bərpası zamanı cihazların cərrahi yolla xəstənin bədənindən çıxarılmasına ehtiyac qalmayacaq.
Qırmızı işıqla şüalananda cihaz zəif elektromaqnit sahəsi yaradır. Hüceyrələri stimullaşdırır, onların həyat fəaliyyətini aktivləşdirir və neyronların daha aktiv böyüməsinə səbəb olur.
"Aparılan tədqiqatlar ümid verir ki, bizim qurğunun köməyi ilə bu texnologiyadan həm sinirlərin bərpası, həm də dərin simsiz beyin stimullaşdırılması üçün istifadə etmək mümkün olacaq", -deyə inkişafın müəllifi dosent Aleksandr Markov izah edir.
2023-cü ildə alimlər texnologiyanın təkmilləşdirilməsi üzərində işləməyə davam edəcəklər. Çevik, biouyğun ped cihazın işini yoxlamaq üçün siçovullara implantasiya ediləcək.
Sıçrayışlı inkişafın müəlliflərinin məqaləsi “Biophysical” beynəlxalq jurnalında ətraflı dərc edilmişdir.
Nubar Süleymanova, “İki sahil”