Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunun Zığ qəsəbəsinin Hətəm Allahverdiyev küçəsini təmir edir.
“İki sahil” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, uzunluğu 1 000, eni ortalama 6 metr təşkil edən sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb. Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Ötən il Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12,5 kilometr təşkil edir.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq