Yevlaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə “Yeni Azərbaycan Partiyası-Uğurlu 30 il” adı altında ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, YAP Yevlax rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, gənclər iştirak edib.
Aksiya çərçivəsində şəhər ərazisinin relyefinə uyğun olaraq Bakı və K.Sabitov küç ələrində müxtəlif növlər üzrə 400 ağac əkilib.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq