Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında 93,8 min işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, onlardan 34,6 min nəfəri işlə təmin edilib, 15,5 min nəfəri isə özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində mal və materiallarla təmin edilərək onlar üçün kiçik təsərrüfatlar qurulub.
Həmin dövrdə 3,8 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 39,9 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq