Kürdəmir rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon təşkilatının qərargahında keçirilən tədbirdə rayonun icra başçısının müavini Vəsilə Əsgərli, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon təşkilatının ərazi partiya təşkilat sədrləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə rayonun icra başçısının müavini Vəsilə Əsgərli açaraq müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasında və qəbul olunmasında Ümumilli Lider Heydər Əliyevin xidmətlərindən və Azərbaycan xalqına verdiyi töhfələrdən danışdı.
Daha sonra digər çıxışçılar qeyd etdilər ki, 1995-ci il 12 noyabrda referendum yolu ilə dünyada toplanmış ən mütərəqqi təcrübə əsasında demokratik dəyərlərə malik müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Hüquqi, demokratik dövlət quruculuğu yolunda əldə olunmuş mühüm naliyyətlərdən biri kimi Konstitusiyamızın qəbul edilməsi çağdaş tariximizə qızıl həriflərlə həkk olundu.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq