Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes " markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara, daha sonra evə çırpılıb. Qəzada sürücü yüngül xəsarət alıb, avtomobil isə yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.