Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, həftədə dünya əhalisinin 1 milyon nəfərindən 30-u qəfildən ölür. Əksər hallarda səbəb ürək dayanmasıdır. "Rossiya 1" kanalının "Ən vacibi haqqında" verilişində tibb elmləri doktoru Yuri Belenkov qəfil ölüm və ondan əvvəl baş verən əlamətlərdən danışıb.
Yuri Belenkovun sözlərinə görə, qəfil ölüm deyilən şey demək olar ki, yoxdur - ondan əvvəl həmişə diqqət yetirməyə dəyər olan həyəcanverici əlamətlər olur.
İnfarkt. Bu, qadınlarda və kişilərdə fərqli olur. Kişilərdə ağırlıq, döş qəfəsində təzyiq, tənəffüs çatışmazlığı, kürək, qollar, alt çənə və boyunda narahatlıq, qadınlarda soyuq tər, təzyiqin kəskin azalması, ürəkbulanma, qusma və döş sümüyünün arxasında yanma hissi baş qaldırır.
Mütəxəssislər, həmçinin bir insan gözlənilmədən yıxılıb qarşınızda huşunu itirərsə nə etmək lazım olduğunu söyləyiblər. "Dirçəliş" üçün qızıl saat deyilən vaxt var (maksimum 6 saat). Bu zaman vacib prosedurları etsəniz, infarktdan qaça bilərsiniz. Bəs nə etmək lazımdır:
• Təcili yardım çağırmaq;
• Həmin insana asetilsalisil turşusu həbini çeynəmək üçün vermək;
• Başının altına bir çanta qoymaq;
• Reanimasiyanı həyata keçirmək.
Həkimlər belə bir xəstə üçün stentləmə aparacaq, defibrilatordan istifadə edəcəklər. Yalnız bir düyməli məişət difibrilatorları da var. Bundan əlavə, implantasiya edilə bilən kardioverter-difibrilator var. Həmçinin həkimlər trombozun qarşısını almaq üçün sıxılma corabları taxmağı, şişkinliyi azaldan dərmanlardan istifadə etməyi məsləhət görürlər.
Nubar Süleymanova, “İki sahil”