25 noyabr 2022 22:34
408

Həmkarlarımın qonorarına gülməyim gəlir

Türkiyəli müğənni Mustafa Sandal həyat yoldaşı Melislə alış-veriş mərkəzində görüntülənib.

“İki sahil” xəbər verir ki, Sandal Yeni il gecesi səhnəyə çıxan həmkarlarının yüksək qonorarlar almasına münasibət bildirib: "Normal bir vaxtdan fərqli olaraq 2-3 qat artıq məbləğlər ola bilir. Amma bəzilərinin alacağı qonorarı görəndə gülməyim gəlir. Bəziləri piyar olsun deyə, qiyməti yüksək göstərməyə çalışırlar. 30 ildir bu sahədəyəm, mən aldanmıram. Əslində xalq da inanmır".