28 noyabr 2022 16:30
456

Quyruğu olan körpə əməliyyat olundu

“Daily Mail” “Journal of Pediatric Surgery” jurnalında dərc olunan elmi məqaləyə istinadən xəbər verilir ki, Meksikanın Nuevo-Leon ştatınında qeyri-adi hadisə baş verib.  Kənd xəstəxanasında  qeysəriyyə nəticəsində anadan olan  qız uşağının altı santimetrlik quyruğu olub.

Həkimlər bir neçə saat əməliyyatdan sonra həmin quyruğu götürərək  uşağı sağlamlığına qovuşdurublar. Deyilənlərə görə, 30 yaşlı ananın hamiləliyi fəsadsız keçib və qız normal vaxtda dünyaya gəlib. Valideynlərinin təxminən 30 yaşı var. Ailənin digər övladlar da var.

Həkimlər yeni doğulan körpəni iki aylıq olanda yenidən müayinə ediblər. Məlum olub ki, bu müddət ərzində quyruğun uzunluğu 0,8 santimetr artıb. Riskli olmağına baxmayaraq qərara alınan  əməliyyat lokal anesteziya altında aparılıb. Müdaxilə fəsadsız keçib və  uşaq həmin gün evə buraxılıb. Quyruğun təhlili onun yumşaq toxumadan ibarət olduğunu və arteriya, damar və sinir uclarını ehtiva etdiyini göstərib.

Əlavə edək ki, insanlarda  bu tip quyruqlar iki kateqoriyaya bölünür: yalançı quyruqlar və həqiqi quyruqlar. Birincisi bel problemləri nəticəsində və ya şiş səbəbi ilə yaranır, ikincisi isə əzələləri, qan damarlarını və sinirləri ehtiva edir, lakin sümükləri yoxdur. Mütəxəssislərin fikrincə, körpənin  quyruğu həqiqi olub.

Əslində əsl quyruqlar insanlarda olduqca nadirdir. 2017-ci ilə qədər cəmi 195 belə hal qeydə alınıb. Buna qədər qeyd olun bu  tip hadisələr arasında ən uzun həqiqi quyruq oğlan uşağına olub. Quyruğun  uzunluğu 20 santimetr olub. Bu, oğlanlarda daha çox rast gəlinir.

Samirə Tağıyeva, “İki sahil”