28 noyabr 2022 17:10
560

Səhər işə gedərkən həyat yoldaşını öpən kişilər çox yaşayır

Son zamanlar aparılan araşdırmalar  nəticəsində məlum olub ki, səhərlər işə gedərkən həyat yoldaşlarını öpən  kişilər  daha çox yaşayır, daha az qəza keçirir və 20-35% daha çox qazanırlar.

“İki sahil” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ilk növbədə, öpüşmək insanın əhvalına müsbət təsir göstərir. Səhər-səhər cəmisi 20 saniyə öpüşmək gün ərzində insanın xoş əhvalı üçün kifayət edir. Həmçinin həyat yoldaşlarını tez-tez öpən kişilər daha uzunömürlü olurlar.

Statistik göstəricilərə görə, hər gün öpüşməyə vaxt ayıran insanlar öpüşməyənlərə nisbətən 5-7 il çox yaşayırlar. Mütəxəssislər qeyd ediblər ki, öpüşmək stress hormonu olan kortizolu azaldaraq ruh halını tarazlamağa kömək edən serotonini , xüsusilə sevgi hormonu olan oksitosini artırır. Nəticədə isə öpüşməyin meditasiyaya bənzər faydaları olması təsbit edilib. Oksitosin isə sakitləşməyi təmin edir.