28 noyabr 2022 20:05
498

Osloda 1975-ci ildən bəri yol qəzaları nəticəsində cəmi 41 nəfər həyatını itirib - BİLİRDİNİZMİ?

Heç bilirdinizmi ki, Norveç yollarında yol hərəkəti çox təhlükəsizdir. 600 mindən çox insanın yaşadığı Oslo şəhərində 1975-ci ildən bəri yol qəzaları nəticəsində cəmi 41 nəfər həyatını itirib. Çox maraqlıdır ki, bu göstərici hər il azalmaqdadır.

Məsələn, keçən il ərzində Norvec yollarında heç bir piyada və ya uşaq ölməyib.Burada baş verən qəzalarda baş verən hadisələrin bir neçə səbəbləri var. Birincisi- müasir təhlükəsiz avtomobillər, ikincisi- yaşayış məntəqələrində sürət həddində ciddi məhdudiyyətlər və nəhayət ən əsası odur ki, bura velosiped yolları tikilməyə başlayıb. Öz növbəsində velosiped və avtomobil yolları çox nadir hallarda kəsişir.

  • Kolibri quşlarının metabolizimləri o qədər sürətli çalışır ki, 2 saat müddətində ac qalmaq onları öldürə bilər.

  • Dünyada yaşamış ən varlı insan Mansa Musa adında kişi olub.  Qeyd edək ki,  1331-ci ildə dünyasını dəyişən Mansa Musanın 400. 000. 000. 000 dollar dəyərində sərvəti olub.

  • Səudiyyə Ərəbistanının ikinci kralı Suud Bin Əbdüləzizin nə az, nə çox  57 qızı və 53 oğlu olub. Qeyd edək ki, bu ölkədə ilk universiteti açan insan da məhz odur.

  • Qədim Rusiyada süpürgə ilə bağlı bir çox inanclar var idi. Guya bu əşya evdə maddi vəziyyət və rifaha cavab verirdi.

Bu səbəbdən ev sahibinin əli ilə hazırladığı yeni süpürgə inkişaf və zənginlik rəmzi idi. Köhnə süpürgə isə əksinə, kasıbçılıq, tənbəllik simvoludur. 

  • Dünyaya lazım olan oksigenin demək olar ki, yarısından çoxunu  Amazon meşələri istehsal edir.

Samirə Tağıyeva, “İki sahil”