29 noyabr 2022 13:41
734

Pendir ürəyə zərərlidirmi?

İnternetdə müxtəlif qidalar haqqında  ziddiyyətli fikirlər ilə rastlaşa bilərsiniz. Məsələn, pendirin sağlığa təsirləri haqqında bir çox fərziyələr mövcuddur.  Bəziləri bu qida növünün   bədən üçün faydalı olduğunu, digərləri isə yalnız zərər verdiyini söyləyirlər. Doktor Yusi Yamada bu mövzu ilə bağlı bəlli bir açıqlamalar edib.

Aparılan  araşdırmalar nəticəsində müəyyən olub ki,  insanlar nə qədər çox pendir yeyirsə, qan damarlarının və ürək xəstəliklərinin inkişaf ehtimalı bir o qədər aşağı olur. Ayrıca Dr. Yusi Yamada  süd və yağın insan sağlamlığına olan təsirlərini də araşdırıb.

Maraqlıdır ki, yağ və süddə vəziyyət tam tərsinə olub. Müəyyən bir nöqtəyə qədər, onlar xəstəliklərin inkişaf riskini azaltmağa kömək edir, lakin sonra bu risk yalnız artır.

Üstəlik, pendirin sağlamlığa olan  faydalarına gəldikdə, burada mütləq başqa bir amil də var. Məsələn, pendiri yeyən insanlar, həmçnin qan damarlarını qorumaq üçün  idmanla məşğul olub, həm də şərab içməlidirlər.

https://news.rambler.ru/tech/49775654-deystvitelno-li-syr-opasen-dlya-serdtsa/

Samirə Tağıyeva, “İki sahil”