29 noyabr 2022 17:00
475

“iPhone 15”-ə qeyri-adi  sensor əlavə olunacaq

 “Apple” şikəti “ iPhone 15” smartfonları üçün Yaponiyanın “Sony” şirkətindən ən son görüntülü sensorlarını almaq niyyətindədir.

Hazırda yalnız Yaponiya korporasiyasında əldə edilən yeni” Sony Semiconductor Solutions”  sensorunda hər pikseldə siqnalın çatma  səviyyəsi digərləri ilə müqayisədə təxminən iki dəfə artıb.

 Korporasiyanın tərtibatçıları texnologiyanı əvvəllər də elan ediblər. Bu, sənayenin ilk çox qatlı “CMOS” sensorudur.

Bu yeni texnologiya dinamik diapazonu genişləndirməyə, işığa həssaslığı artırmağa və səs-küy səviyyəsini azaltmağa imkan verir ki, bu da ümumilikdə smartfonun kamerasında daha yaxşı şəkil çəkməyə imkan yaradacaq.

İndiyədək bu texnologiya “Sony”nin öz qadcetlərinin heç birində tətbiq edilməyib. Bununla belə, mənbələrdə sensorların bütün “iPhone 15”-də və ya yalnız Pro xəttində istifadə ediləcəyi barədə dəqiq məlumat yoxdur. Jurnalistlərin fikrincə, yeni sensorları yalnız “iPhone 15 Ultra” üçün tətbiq ediləcək.

Samirə Tağıyeva, “İki sahil”