30 noyabr 2022 22:59
896

Bu məşhur aktyorlar həyatlarını necə itirdilər?

Bu yazıda çəkiliş zamanı həyatlarını itirən  məşhur aktyorlardan  bəhs olunur.

Paul Muntz

Cəsur yarışçı pilot, Hollivud filmlərinin  kaskadyoru, hava  Hücumundan Müdafiyə Qüvvələrində xidmət edən polkovnik Paul Muntz 1965-ci ilin iyul ayında  məşhur "Feniksin uçuşu" filmi üzərində işləyərkən idarə etdiyi təyyarə bir təpəyə çırpılır.  Qəza  nətcəsində 61 yaşlı  Paul  həyatını itirir. İkinci pilotu ağır xəsarətlərlə xəstəxanaya aparılan zaman müayinə nəticəsində onun spirtli içki istifadə etdiyi məlum olur.

Merlin Monro

Dünyanı fəth edən Merlin Monro oynadığı rolları o qədər sevirdi ki, onun ölümü belə çəkiliş meydançasında oldu. Hadisə  1962-ci ildə "Bir şey olmalıdır" filminin çəkiliş meydançasında  baş verir. Deyilənlərə görə, Merlinin ölümü  həddindən artıq narkotik maddələrin istifadəsi nəticəsində baş verib.

Qeyd edək ki, onun oynadığı bu film yarımçıq qalaraq heç vaxt tamamlanmamışdır.

Con Erik Hexum

Bir çox qadınların sevimlisinə çevrilən məşhur aktyor Con Erik Hexum "Gizli fakt" serialının çəkiliş meydançasında bir ehtiyatsızlıq nəticəsində həyatını itirdi.  1984-c ildə  odlu silahı özünə yönəldərək çəkiliş meydaçasında olan insanlar ilə zarafatlaşmaq istəyən aktyorun sonu heç də yaxşı olmadı. Gözlənilmədən silahdan açılan atəş aktyorun kəllə sümüyünü deşərək,  qanaxmaya səbəb oldu. Onu xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmadı.

Brüs Li

Məşhur Hong Kong aktyoru, möhtəşəm döyüşlərin ustası və rejissoru Brüs Li 1973-cü ildə  "Ölüm oyunu"  filmi üzərində çalışırdı.  Köşkün içərisində işləyərkən birdən  Brüs Li yerə yıxıldı.  Xəstəxanaya aparılan aktyora həkimlər  meprobamat və aspirin olan bir tabletin istifadəsi fonunda  inkişaf etmiş "beyin qanaxması " diaqnozunu qoydular.  Məşhur aktyorun müəmmalı ölümündə bir çox qaranlıq məqamlar qalsa da, heç kim heç nəyi sübut edə bilmədi.  Gəzən şayələrə görə, onun rəqibləri planaşdıraraq, aktyoru zəhərləyib. Lakin söylənilən fərziyələrdən heç birisi təsdiqlənmədi.  

Brendon Li

Atası Brüs Li kimi çәkiliş meydançasında müəmmalı şəkildə nəticəsində həyatını itirən Brendon Linin cəmi 28 yaşı var idi. Onların hәyatında o qәdәr oxşarlıq olub ki, artıq insanlar bu olaylara mistik bir hadisә kimi baxmağa başlamışdılar.  Həmin hadisə  1993-cü ilin ferval ayının 1-də aktyorun öz doğum günündә baş verir.  Oynadığı filmin final səhnələrinin çəkilişi zaman aktyor Maykl Massi Brendona boş güllə ilə  atәş açmalı idi. Lakin çəkiliş qrupunun bir səhvi nəticəsində aktyor yaralanır. Xəstəxaya çatdırılan aktyor 12 saatdan sonra kəskin qanaxma nəticəsində gözlərini həyata əbədi yumur.  Hәkimlәrin dediyinә görә, hәtta o sağ qalsa idi belә, onurğa sümüyünün zәdәlәndiyinә görә ömrünün sonuna qәdәr әlil arabasına bağlı olacaqdı.

Con Ritter

2003-cü ilin payızında "Üç şirkətdir" filminin istedadlı aktyoru seriallardan birində rol aldı. Çəkilişlərdən birində  Con şiddətli  sinə ağrısı və ürək bulantısından  şikayətlənməyə başladı. Bundan sonra huşunu itirən aktyor ürək tutmasından  həyatını itirir.

Sergey Bodrov

Məşhur aktyor Sergey Bodrov  90-cı illər Rusiyasının simvolu sayılırdı.  Təəssüf ki, gənc aktyorun ölümü də elə film çəkilişləri zamanı baş verir.2002-ci ilin iyulunda Sergey Bodrov ikinci rejissor işi (və təəssüf ki, son) olan “Rabitəçi” filminin çəkilişlərinə başlayır. Sentyabr ayında çəkiliş qrupu Qafqaza gəlir. Şimali Osetiyanın inzibati mərkəzi olan Vladiqafqazda həbsxana çəkilişləri çəkildikdən sonra filmin heyəti dağlıq bölgədə yerləşən Kormodon dərəsinə gedir. Burada baş qəhrəmanlardan birinin evə dönüş səhnəsi çəkilməli idi. Lakin 2002-ci il sentyabrın 20-si gecə saatlarında Kolka buzlağı çəkiliş qrupunun da düşərgə qurduğu Kormodon dərəsini 300 metr qalınlığında buz və daş layı ilə örtür.  Bu bədbxt hadisə 120 nəfərin ölümünə və itkin düşməsinə səbəb olur.

Rəsmi məlumatlara görə, həmin hadisədə 19 nəfər həlak olub və 106 nəfər, o cümlədən “Rabitəçi” filminin 42 üzvü itkin düşüb. Təbii fəlakətin qurbanlarından biri 31 yaşlı Sergey Bodrov olur.  Axtarış tədbirləri 2004-cü il mayın 7-nə qədər davam etsə də aktyorun cəsədi elə də aşkar olunmur.

Samirə Tağıyeva, “İki sahil”