01 dekabr 2022 17:27
630

Bu şampun nə üçün faydalıdır?

Dermatoloq Bleyr Merfi -Rouz  qeyd edib ki,  kəpək əleyhinə şampun sızanaqla mübarizə aparmağa kömək edir. Dermatoloqun sözlərinə görə,  sən demə,  kəpək əleyhinə şampun sızanaqla mübarizə aparmağa kömək edir. Müvafiq material “Nyu- York Post” un saytında dərc olunub.

Daha öncə  məşhur “TikTok”  platformasında blogger Elis Mayersin videosu yayılıb.  O, “Head & Shoulders” markalı kəpəyə qarşı şampundan üz yuyucu vasitə kimi istifadə etdiyini bildirib.   Yayımlanan video  sentyabr ayının  sonundan etibarən  12,9 milyon baxış və 15,5 min şərh toplayıb. Bloggerin sözlərinə görə, orta məktəbdə oxuyarkən bir dermatoloq ona iltihabla, o cümlədən sızanaqlarla mübarizə aparmaq üçün bu məhsulu ona  tövsiyə edib.

Doktor Merfi-Rouz  verdiyi müsahibədə bildirib ki, kosmetologiya sahəsində bir çox mütəxəssislər bu cür məhsullardan bəzən istifadə etməyi məsləhət görürlər, çünki tərkibində sink var. “Orijinal Head & Shoulders” şampunun tərkibində iltihab əleyhinə xüsusiyyətlərə malik sink pirition mövcuddur. Aparılan tədqiqatlar  nəticəsində məlum olub ki,  sink sızanaqları azaltmağa kömək edə bilər.

Eyni zamanda, sink  kiçik səpgilər üçün da  effektivdir.  Həkim dermatoloq əlavə edib ki, follikulit (saç follikullarının infeksiyası ) halında isə mütləq  mütəxəssislə məsləhətləşmək lazımdır.

Samirə Tağıyeva, “İki sahil”