01 dekabr 2022 18:36
400

ABŞ-ın Madriddəki səfirliyində partlayıcı qurğu olan bağlama tapılıb

ABŞ-ın İspaniyanın paytaxtı Madrid şəhərində səfirliyində partlayıcı qurğu olan bağlama tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “LaSexta” telekanalı məlumat yayıb.

İspaniya polisi məlumatı təsdiqləyərək bildirib ki, Amerikanın Madriddəki səfirliyində partlayıcı qurğu olan bağlama ələ keçirilib, polis ərazini mühasirəyə alıb və antiterror tədbirlərinə başlayıb.