01 dekabr 2022 15:38
413

Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə ən ali dəyərlər üzərində qurulub

Azərbaycan xalqının dahi oğlu‚ ümummilli lideri və xilaskarı‚ müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev Yəhudi xalqının və İsrailin böyük dostu olub. Heydər Əliyev Azərbaycanda Tolerantlığın və multikultural dəyərlərin banisidir. Müasir Azərbaycan dövləti məhz onun rəhbərliyi altında qurularkən tolerantlıq‚ multikultural və ali dəyərlər üzərində quruldu.
 
Bütün Yəhudilər Heydər Əliyevi hər zaman böyük hörmət və ehtiramla anır. Azərbaycan və İsrail əlaqələri də məhz Heydər Əliyevin dövründə qurulub və bu günümüzə qədər məhz onun siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində yüksələn xəttlə inkişaf edib. Heydər Əliyevin parlaq siyasəti sayəsində Azərbaycanda bütün xalqlar qardaşlaşmışdır.
 
Bu gün Azərbaycanda müxtəlif dini inanclı inanclı insanlar‚ müsəlmanlar və qeyri müsəlmanlar qardaşlıq içərisində yaşayır. Burada hər zaman bütün xalqlara və bütün inanclara doğmalıq və qardaşlıq nümunəsi sərgilənib. Azərbaycan dövləti dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qurularkən bütün xalqlara doğmalıq nümayiş etdirildi. Bununla da Azərbaycan bütün dünyada nümunə olacaq ali dəyərləri özündə əks etdirdi. 
 
Qarşıdan gələn 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi çox əlamətdar bir haldır və Azərbaycan xalqı üçün xeyirli və uğurlu olacaq.  
 
İsrail Təhlükəsizlik Akademiyasının 
Azərbaycan Respublikasındakı 
Nümayəndəliyi