02 dekabr 2022 22:14
462

Fransanın yeni riyakarlığı

Fransa Milli Asambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam və qərəzli qətnamə Azərbaycandan əvvəl Fransanın özünün milli maraqlarına, demokratik imicinə ziddir. Bu qətnamə Azərbaycana qarşı düşmənçiliyin sistemli, düşünülmüş şəkildə həyata keçirilməsinin göstəricisidir. Son illərdə erməni lobbisinin əsirinə çevrilən Jak Şirak, Serkozi və Makron və əksər parlament üzvləri öz çirkin əməlləri ilə dünyaya sübut etdilər ki, onlar öz xalqlarının taleyi barədə deyil vəzifədə qalmaq, mənfəət əldə etmək barədə daha çox düşünürlər. Bu gözləniləndir. Çünki təcavüzkar təcavüzkarın yanında olmalıdır, qatil, cəllad faşisti - zalımı dəstəkləməlidir.

Fransanın dünyanın bir çox ölkələrinin və xalqlarının başına gətirdiyi müsibətlər, faciələr Ermənistana örnək olub, dəstəklədiyi üçün əlbəttə ki, Fransa qatil dostuna dəstək verməlidir. Fransanı və Ermənistanı birləşdirən, bacı edən onların faşist xisləti, təcavüzkarlıq əməlləridir.

Senatın və Milli Asembleyanın qəbul etdiyi qətnamələrə gəldikdə isə bu sənədlər riyakarlığın, siyasi əxlaqsızlığın, beynəlxalq normalara və ilk növbədə Fransa hakimiyyətinə və xalqına hörmətsizliyin ifadəsidir. Bu qətnamələrlə Azərbaycana təsir etmək, onu haqlı mübarizəsindən dayandırmaq, milli maraqlarımızın  ziddinə getməyə məcbur etmək mümkün deyildir.

Siyasi əhəmiyyət daşımayan bu sənədlər Ermənistanı uçuruma yuvarlamaqdan, Cənubi Qafqazda sülhə və əminamanlığa mane olmaqdan, təcavüzkar ermənilərə təskinlik verməkdən başqa bir şey deyil.

Azərbaycan Prezidentinin Ali Baş Komandan cənab İlham Əliyevin, xalqımızın və ordumuzun mövqeyi bütün dünyaya bəllidir. Bu Azərbaycanın bütövlüyü və sərhədlərimizin toxunulmazlığıdır.

Azərbaycan xalqı tarixi ədaləti bərpa edib, düşmənin başını əzib, haqqını alıb və bundan sonra da mübarizədən geri çəkilməyəcəkdir. Fransa və Ermənistanı müdafiə edən dövlətlər bunu yaxşı bilirlər və saxta sənədlər qəbul etməklə özlərini aldatmamalıdırlar.

Onun - bunun əlində oyuncağa çevrilən Ermənistan hakimiyyəti isə quru kağızlar deyil reallıqlara arxalanmalı, düşdüyü vəziyyətdən nəticə çıxarmalıdır.

Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri