02 dekabr 2022 16:25
689

Miqrenli insanların beynində qəribə boşluqlar aşkarlanıb

Yüksək rezolyusiyaya malik MRT ilk dəfə miqrenli bir insanın beyin toxumasında baş verənləri üzə çıxarıb. Ola bilsin ki, bu kəşf insanları zəiflədən bu xəstəliyə qarşı mübarizənin yeni üsullarının əsasını təşkil edəcək.

Miqren dünya əhalisinin 20%-ni əhatə edir, lakin onun baş verməsinin dəqiq səbəbi hələ də həkimlər üçün sirr olaraq qalır.

Bu xəstəliyə xas olan insanı zəiflədən və uzun müddət davam edən “döyəcləyici” baş ağrıları insanların həyat keyfiyyətinə son dərəcə mənfi təsir göstərir. Buna görə də, elm adamları bu problemin kökünü axtarmağa davam edirlər: bu, mümkün effektiv müalicə üçün bir ipucu verə bilər.

Qabaqcıl görüntüləmə texnologiyalarından istifadə etməklə beynin hansı xüsusiyyətlərinin miqrenlə əlaqəli olduğuna dair mühüm yeni məlumatlar əldə edilmişdir.

Bu, beynin strukturlarına yeni bir nəzər salmağa və bu xəstəlikdən əziyyət çəkən insanlarda qan damarlarının ətrafında qəribə genişlənmiş boşluqları aşkar etməyə kömək etdi.

Qan damarlarının ətrafındakı bu boşluqlar tədqiqatçılar tərəfindən perivaskulyar boşluqlar adlanır. Beyni mayedən təmizləməyə kömək edirlər.

Bu maye toxuma adlanır, çünki toxumaların hüceyrədənkənar boşluqlarını doldurur. Hüceyrələrin həyatı üçün lazım olan qidaları daşıyır və onların tullantı məhsullarını çıxararaq orqanizmi təmizləməyə kömək edir.

Bu boşluqların genişlənməsi əvvəllər kiçik damar xəstəlikləri ilə əlaqələndirilirdi. Onların formasına və ölçüsünə qan-beyin baryerinin iltihabı və anormallıqları, hətta dərmanların beyinə daxil olmasına mane olan bir növ filtr təsiri göstərə bilər.

Yeni tədqiqatın müəllifləri beş sağlam insanı, xroniki miqrenli 10 nəfəri yüngül, epizodik miqreni olan 10 nəfəri nəzarət qrupları kimi qeyd ediblər.

Daha sonra bu insanların beyin strukturunda olan kiçik fərqləri müqayisə etmək üçün alimlər qabaqcıl 7T MRT görüntüləmə texnologiyasını tətbiq ediblər. O, digər MRT növlərinə nisbətən daha yüksək rezolyusiyaya malik şəkillər hasil edir.

Bununla belə, alimlərin bu kəşflə bağlı hələ də çoxlu sualları var. Məsələn, bu dəyişikliklər miqrendən qaynaqlanır, yoxsa əksinə, yaradır? Alimlərə hələ məlum olmayan səbəblərdən onların inkişafının miqrenlə eyni vaxtda baş verməsi də mümkündür.

Tədqiqatçılar bu suallara daha geniş tədqiqatlar zamanı cavab tapacaqlarına ümid edirlər.

Nubar Süleymanova, “İki sahil”