04 dekabr 2022 16:23
521

Xətai rayonunda ev yanıb

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ümumi sahəsi 100 m² olan birmərtəbəli evdə baş verib.

Hadisə nəticəsində evin mətbəxində 2 p.m mebel və 1 ədəd aspirator yanıb. Ev yanğından muhafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.