04 dekabr 2022 16:32
462

MPL: "Sumqayıt" mövsümdə ilk qələbəsini qazandı

Bu gün Misli Premyer Liqasının 16-cı turu çərçivəsində "Kəpəz" "Sumqayıt"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən oyunun 84-cü dəqiqəsində Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydandan qovulub. 89-cu dəqiqədə fərqlənən Vurğun Hüseynov "Sumqayıt"ın mövsümdə ilk qələbəsini rəsmiləşdirib.

Misli Premyer Liqası,

XVI tur

4 dekabr (bazar)

14:30. “Kəpəz” 0–1 “Sumqayıt”

Qol: Vurğun Hüseynov, 89

Qırmızı vərəqə: Vüqar Mustafayev, 84-iki sarı vərəqə ("Sumqayıt")

Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev

Gəncə şəhər stadionu