04 dekabr 2022 20:20
452

Olivye Jiru Fransa millisinin tarixinə düşüb

İtaliya "Milan"ında çıxış edən Olivye Jiru Fransa millisinin tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, 36 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyununda qol vurmaqla nail olub.

44-cü dəqiqədə fərqlənən təcrübəli forvard qollarının sayını 52-yə çatdırmaqla yığmanın ən sərrast oyunçusu olub.

Qeyd edək ki, hazırda Fransa - Polşa görüşündə fasilədir. İlk hissədən sonra "xoruzlar" məhz Jirunun yeganə qolu ilə hesabda öndədir - 1:0.