Dietoloq Mixail Ginzburq "Rossiya 1" kanalında yayımlanan "Ən vacibi haqqında" proqramında qırmızı soğanın tərkibində antioksidant xüsusiyyətlərə malik çoxlu antosiyaninlər olduğunu bildirib.
Həkimin sözlərinə görə, qırmızı soğan immunitet sistemini gücləndirir.
İmmunitet hüceyrələrinin membranını gücləndirən və sabitləşdirən, həmçinin onları zədələnməyə qarşı daha davamlı edən hər şey - bütün bunlar immunitet sistemini gücləndirir”,- deyə mütəxəssis bildirib.
Bundan əlavə, qırmızı soğan qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
"İltihabı artıran qidalar var - şəkər, "pis" yağlar. Eyni zamanda iltihabı azaldan qidalar var. Qaraciyərin fəaliyyəti də iltihabdan çox asılıdır. Belə bir xroniki xəstəlik var-"alkoqolsuz qaraciyər piylənməsi xəstəliyi", hansı ki, steatohepatit və qaraciyər sirrozunda daha da irəli gedə bilər. Bu, artıq yağ, aşağı hərəkətliliklə bağlıdır. Rəngli giləmeyvə və tərəvəzlərdən istifadə qaraciyəri bu xəstəliyin inkişafından qoruyur", -deyə dietoloq izah edib.
Həmçinin soğanın tərkibində fitonsidlər var, ona görə də antibakterial təsir göstərir və bağırsağın fəaliyyətini yaxşılaşdırır.
Qırmızı soğan xolesterinin səviyyəsini aşağı salır və ürək-damar xəstəliklərinin qarşısının alınması üçün əla məhsuldur. Soğanı mütəmadi olaraq qəbul edənlərdə bağırsaq xərçənginin inkişaf riski təxminən 17% aşağı olur.
Nubar Süleymanova, “İki sahil”