09 dekabr 2022 18:00
721

Hazırda qrip niyə tüğyan edir?

Payızın son ayı və qışın ilk ayı hər kəsin unutduğu ən çox yayılmış virus xəsetəliyi olan qrip yenidən tüğyan etməyə başladı. Mütəxəssislər bunun niyə baş verdiyini izah ediblər.

Son bir həftə ərzində ölkəmizdə və dünyada qrip və SARS-ə yoluxma halları ifrat dərəcədə artıb.

“Rospotrebnadzor” Vektor Elmi Mərkəzinin Yekaterinburq Elmi-Tədqiqat Viral İnfeksiyalar İnstitutunun rəhbəri, biologiya elmləri doktoru Aleksandr Semyonovun TASS-a verdiyi açıqlamaya görə, insanlar koronavirus səbəbindən sadə qripə qarşı son dərəcə həssas olublar. Son iki il ərzində COVID-19 faktiki olaraq bütün digər tənəffüs yolunun yoluxucu infeksiyalarını sıxışdırmışdı.

"Fasilə oldu və bu müddət ərzində immunitet sistemi qrip virusu ilə əvvəlki qarşılaşmasını unutdu" söyləyən virusoloq bildirib ki, əhali, xüsusən də peyvənd olunmamış insanlar infeksiyaya qarşı çox həssas olublar.

Ancaq mütəxəssislər qeyd edirlər ki, adi qrip və ya donuz qripini digər respirator infeksiyalardan müstəqil şəkildə ayırmaq mümkün deyil, buna xüsusi tədqiqatlar lazımdır. Buna görə də, xəstəliyin ilk əlamətləri görünəndə, müalicənin düzgün olması üçün həkimə müraciət etməlisiniz.

Nubar Süleymanova, “İki sahil”