Argentina millisinin qapıçısı Emiliano Martinez Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyunundan sonra Niderland yığmasının futbolçularını söyüb.
"İki sahil" xəbər verir ki, 30 yaşlı qolkiper penaltilər seriyasından sonra nalayiq ifadələr işlədib.
Qeyd edək ki, Argentina komandası əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında rəqibini üstələyib - 4:3. Cənubi Amerika təmsilçisi dekabrın 13-də yarımfinalda Xorvatiya seçməsi ilə üz-üzə gələcək.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Belarusda keçirilən çempionatda Azərbaycan oxatanları parlaq qələbə qazanıblar