SOCAR rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günündə Onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkədə paylaşım edib.
Paylaşımı təqdim edirik: Fəxri xiyabanı ziyarət edərək müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndərimizin əziz xatirəsini dərin ehtiramla yad etdik.